Dünya

ABŞ-la “Taliban” yenidən danışıqlar masası arxasında – Əsirlərin dəyişdirilməsi müzakirə olundu

Qətərin paytaxtı Dohada ABŞ rəsmiləri ilə “Taliban” hərəkatının rəhbərləri arasında növbəti görüş keçirilib.

ABŞ-la “Taliban” yenidən danışıqlar masası arxasında – Əsirlərin dəyişdirilməsi müzakirə olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərin paytaxtı Dohada ABŞ rəsmiləri ilə “Taliban” hərəkatının rəhbərləri arasında növbəti görüş keçirilib.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə “Taliban”ın Qətərdəki siyasi nümayəndəliyinin rəsmisi Suheyl Şahin “Twitter” hesabında yazıb.

S.Şahin qeyd edib ki, görüşdə “Taliban” hərəkatının siyasi ofisinin rəhbəri Molla Abdulla Qəni Baradar, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad, ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı, general-leytenant Skott Miller və Qətər əmiri Tamim bin Hamad Əl Tani iştirak edib.

Tərəflər daha əvvəl razılaşdırılan barışıq sazişinin şərtlərinə əməl olunmasını, əsirlərin və həbs olunan şəxslərin azad edilməsində yaranan gecikmələrin həlli yollarını müzakirə ediblər.

 

DiasporPress.az