ABŞ Dövlət katibi Azərbaycan xalqını təbrik etdi

ABŞ Dövlət katibi Azərbaycan xalqını təbrik etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını 28 may – Respublika Günü münasibətilə təbrik edib.

Təbrik ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.

“Amerika Birləşmiş Ştatlarının hökuməti adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. ABŞ və Azərbaycan otuz ilə yaxındır ki, mühüm tərəfdaşlıq əlaqələrindən bəhrələnməyə davam edir. Biz təhlükəsizlik, energetika, iqtisadi inkişafla yanaşı insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib sahələrdə birgə səy göstəririk. Əfqanıstanda sülhün bərqərar olması naminə çiyin-çiyinə fəaliyyət göstərən, habelə Cənub Qaz Dəhlizi vasitəsilə Avropada enerji təhlükəsizliyini gücləndirmək üçün birgə çalışan dövlətlərimiz ən vacib qlobal məsələlər üzərində əməkdaşlığı davam etdirir.

ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır.

COVID-19 pandemiyası bu il dünyaya misilsiz çətinliklər gətirsə də, əminəm ki, Azərbaycan xalqı cəsarət və qətiyyətlə onlara sinə gərəcək. Birləşmiş Ştatlar sizin yanınızdadır, Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyir”, – təbrik mətnində qeyd olunur.

 

DiasporPress.az