Koronavirus infeksiyası ilə mübarizə çərçivəsində (COVID-19) ABŞ Azərbaycana lazımi avadanlıqları təhvil verib.
DiasporPress.az bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin “Facebook” səhifəsində yayılan məlumata istinadla xəbər verir.
“COVlD-19 virusu ilə mübarizə səylərini dəstəkləmək üçün ABŞ Avropa Komandanlığı və USAID lazımi avadanlıqları Qida Təhlükəsizliyi İnstitutuna təhvil verdi”, – deyə məlumatda qeyd edilir.