ABŞ-da koronavirusun ikinci dalğası daha təhlükəli olacaq

ABŞ-da koronavirusun ikinci dalğası daha təhlükəli olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da payızda və ya qışda koronavirus yenidən yayıla bilər.

“The Financial Times” Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzlərin rəhbəri Robert Redfildin açıqlamasına əsasən xəbər yayıb.

Mütəxəssislərin fikrincə, mövsümi qripin koronavirusun ikinci dalğası ilə üst-üstə düşə biləcəyi üçün yeni ictimai səhiyyə böhranının qarşısını almaq məqsədilə xəstəliklərə nəzarət etmək qabiliyyətini artırmaq lazımdır.

R.Redfild qeyd edib ki, gələcəkdə belə bir fəlakətin qarşısını almaq üçün ABŞ-ın səhiyyə sisteminə “iki və ya üçqat” sərmayə qoymaq lazımdır.