ABŞ-ın Virciniya ştatında bir ailə yolda tapdığı təxminən bir milyon dollar nağd pulu polisə təhvil verib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Şantz ailəsi avtomobillə hərəkətdə olarkən qarşıdakı maşını vurmamaq üçün manevr edib və bu zaman yolun ortasında zibil torbasına bənzər maneəni əzib.
Yolun ortasındakı torbanı atmaq üçün maşından düşən ailə üzvləri kənarda daha bir torbanın olduğunu görüb.
Torbalardan təxminən bir milyon dollar pul çıxıb. Dərhal polisə müraciət edən Şantz ailəsi pulu hüquq-mühafizə orqanlarına təhvil verib.
DiasporPress.az