ABŞ-da 200-dən artıq neft şirkəti müflis oldu: 70 min insan işsiz qaldı

ABŞ-da 200-dən artıq neft şirkəti müflis oldu: 70 min insan işsiz qaldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük “qara qızıl” istehsalçısı və istehlakçısı ABŞ-da neft qiymətlərinin aşağı olması səbəbindən 200-dən artıq neft şirkəti müflis olub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Növbəti il də davam edəcəyi gözlənilən prosesin indidən iqtisadiyyata vurduğu zərərin miqdarı milyardlarla dollar həcmində qiymətləndirilir. Neft sənayesində fəaliyyət göstərən şirkətlərə banklar və investorlar tərəfindən yeni kreditlərin verilməməsi vəziyyəti daha da ağırlaşdırıb.

Sözügedən proses nəticəsində təxminən 70 min insanın işsiz qaldığı qeyd edilir.

2020-ci ilin ilk rübündə ABŞ-ın neft sənayesində fəaliyyət göstərən şirkətlərin ümumi borcunun həcmi 130 milyard dollardan çox olub.

 

DiasporPress.az