ABŞ-ın dövlət departamenti ölkənin parlamentinə Çini gizli nüvə silahı sınaqları keçirməkdə ittiham edən hesabat göndərib.
“MİG News” xəbər verir ki, orada rəsmi Pekinin 2019-cu il boyunca Lobnor nüvə sınağı poliqonunda aktiv fəaliyyət göstərdiyi qeyd olunur.
“Bura həmçinin partlayışı izolyasiya edən məkanların istifadəsi, genişmiqyaslı qazma işlərinin apaılması və beynəlxalq monitorinq şəbəkəsinin məlumatlarının bloklanması daxildir. Çin ABŞ, Böyük Britaniya və Fransadan fərqli olaraq nüvə sınaqları ilə bağlı “sıfır səviyyəsinə” riayət etmir”, – deyə sənəddə deyilir.
DiasporPress.az