Ölkə

Abituriyentlər imtahana bəyannamə ilə buraxılacaq – RƏSMİ

Abituriyentlər imtahana bəyannamə ilə buraxılacaq – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Abituriyent imtahana gələn zaman bəyannamə imzalayıb gətirməlidir”.

DiasporPress.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bəyannamə imtahana giriş zamanı nəzarətçilərə təhvil verilməlidir:

“Bəyannamədə qeyd edilir ki, abituriyentin ailəsində COVID-19 yoxdur və koronavirusa yoluxan şəxslərlə əlaqədə olmayıb”.

 

DiasporPress.az