Futbol üzrə İtaliya çempionatı iyunun 13-də bərpa oluna bilər.
Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Sözügedən tarixdə A Seriyasının 25-ci turunun təxirə salınmış oyunlarının keçirilməsi planlaşdırılır. Bu addım milli çempionatda iştirak edən komandaların hər birinin keçirdiyi qarşılaşmaların sayını bərabərləşdirməyə imkan verəcək.
İyunun 20-də isə A seriyasının 27-ci turunun start götürəcəyi planlaşdırılır. Bu təklifə ölkənin İdman Nazirliyi tərəfindən baxılacaq.
DiasporPress.az