Ölkə

“8 marş” aksiyası LGBT paradı idi, nəinki feministlərin yürüşü…

“8 marş” aksiyası LGBT paradı idi, nəinki feministlərin yürüşü…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda dünən “milli” feministlərin keçirdiyi aksiya ölkə gündəminin əsas mövzusuna çevrilib. Sosial medianın da əsas mövzusu Bakının mərkəzində keçirilən və heyrətamiz dərəcədə əxlaqsız şüarları olan bu aksiya haqdadır. Təcrübədən çıxış edib, deyə bilərik: dünən əslində Azərbaycanda feminizm hərəkatının ən ağır zərbə aldığı gündür. Bütün ölkə və sosial media ictimaiyyəti hiddətlə bu qəribə aksiyanı və onun şüarlarını müzakirə etməkdə, qınamaqdadır. Cəmiyyət xarici sponsorlar vasitəsi ilə (bizim ehtimallara görə) Azərbaycana atılan əxlaq “spid”ini qəbul etmədi, bu virusu kəskin şəkildə dəf etdi…

Obyektiv olsaq, Azərbaycan feministlərinin qaldırdığı şüarlar əslində LGBT “dəyərlərini” ehtiva edir, seksual azlıqların leqallaşmasını, cəmiyyətdə üstün mövqelərə çıxmasını nəzərdə tutur. İllərdən bəridir hər fürsətdə dünyanın müxtəlif şəhərlərində gey-paradların təşkil edilməsində də məqsəd budur. Xatırlayırsınızsa, 2012-ci ildə Bakıda da bənzər təşəbbüslər olmuşdu. Kimlərsə indi feminizm hərəkatı, qadınlar xətti ilə milli-dini dəyərlərə və ailə institutuna hücum təşkil etməkdədir…

8 marş aksiyası LGBT paradı idi, nəinki feministlərin yürüşü...

Feministlər dilə gətirdikləri, başları üstünə şüar kimi qaldırdıqları seks içərikli azadlıq tələblərini dövlətin təmin etməsini istəyərkən ifrata varırlar. Dövlət və onun qanunları kişi və qadın olmalarına baxmayaraq, heç kəsə öz bildiyi kimi cinsi həyat yaşamağı qadağan etmir. Belə yasaqlayıcı qanunlar yoxdur. Heç hazırda, “gündə biriylə gəzən”ləri sovet dövründəki kimi yoldaşlıq məhkəməsində də mühakimə etmirlər. Sadəcə, cəmiyyətin anormal qəbul etdiyi davranışlar var və ətrafdakı insanlar “gündə biriylə gəzən”lərə damğalı adlar qoyur. Hazırda sosial media bu şüarları qaldıranlara həmin adları yazmaqdadır. Bununla – ümummili qınaqlarla mübarizə isə çətindir, artıq adamın arxasınca, xısın -xısın danışmırlar; fotonu sosial mediaya qoyub, ictimai qaydada “qınaq” prosesi həyata keçirdirlər, saytlarda manşet edirlər…

Qadın haqları, “feminizm hərəkatı” dedikdə heç də sərbəst cinsi həyat yaşamaq azadlığı nəzərdə tutulmur. Görünən budur ki, Bakıda “Torqovı”ya çıxan feminist xanımların bu mövzularda elementar savadları da yoxdur. Olsaydı, bu cür biabırçı və qadın obrazını zədələyən şüarlar qaldırmazdılar. Azərbaycan feministlərinin “8 marş” adlı aksiyasında ortaya çıxan bir parlaq detal da budur: savadsızlıq. Şüarların əksəriyyəti səhvlərlə yazılmışdı, qızlar danışıq tərzində, ləhcə ilə şüar və pankartlar qaldırmışdılar. Onlar feminizmi çox şeylə qarışdırmışdılar; amma o qarışıq “maddədə” feminizm nədənsə, yox idi..

8 marş aksiyası LGBT paradı idi, nəinki feministlərin yürüşü...

Parlaq “feminist” in aksiya dəyərləndirməsi…

Qadın haqları insan haqlarıdır. Bunlar isə ölkənin əsas qanununda nəzərdə tutulur. Hər hansı məhdudlaşdırmalar varsa, əlbəttə, mübarizə də, tələb də olmalıdır. Lakin qadın haqları, feminizm adı ilə ölkəyə fahişəliyi, LGBT “dəyərləri”ni gətirməyə çalışmaq, Azərbaycanın ailə təsisatının kökündə dayanan QADIN amilini aşağılamaq yolverilməzdir və bu təxribata imkan verilməməlidir. Necə ki, hazırda cəmiyyət olaraq, Azərbaycan feministlərinin bu biabırçı aksiyasına hiddət və qınaq var, bu proses bütün istiqamətləri əhatə etməlidir.

Təəssüf doğuran bir məqamsa, belə bir rəzalətin siyasi müxalifətin əsas siması hesab olunan AXCP sədri Əli Kərimli tərəfindən açıq şəkildə dəstəklənməsidir. Aksiyadan fotolar yayıb, onu dəstəkləyən, qızlarla həmrəy olan Əli Kərimli daha sonra korrektələr etdi; fahişəliyə açıq çağırış edən şüarların olduğu bəzi fotoları dəyişdirdi, lakin fakt dəyişmədi.

8 marş aksiyası LGBT paradı idi, nəinki feministlərin yürüşü...

Musavat.com onun səhifəsində gedən şərhləri izləyib və görünən budur ki, sosial media, hətta Kərimlinin öz elektoratı müxalif liderin bu hərəkətini kəskin pisləyir.

Əxlaqsız çağırışların, şüarların qaldırıldığı aksiya ilə həmrəy olmaq siyasi lider üçün ciddi səhv hesab olunmalıdır.

8 marş aksiyası LGBT paradı idi, nəinki feministlərin yürüşü...

Tanınmış Azərbaycan feministləri və onların feminizm haqda şüarları

Beləliklə, Azərbaycan feministləri öz şüar və mahiyyətləri ilə küçələrə çıxdılar: polisdən yumşaq münasibət, cəmiyyətdən sərt zərbələr aldılar. O da məlum oldu ki, Bakı küçələrində nümayişə çıxanlar gerçək feministlər yox, əslində LGBT tərəfdarlarıdırlar.

“8 marş” aksiyası LGBT paradı idi, nəinki feministlərin yürüşü…

8 marş aksiyası LGBT paradı idi, nəinki feministlərin yürüşü...

“Savadlı” feminist şüarı