Ötən iki gün ərzində 400-dən çox azərbaycanlı Rusiyadan vətənə qayıdıb.
Dağıstan dövlət televiziyasının “Instagram” səhifəsi bununla bağlı video yayımlayıb.
Koronavirusa görə sərhədlərin bağlanmasından sonra ölkəyə qayıda bilməyən daha 600 Azərbaycan vətəndaşı Dağıstan Respublikasının ərazisində qurulmuş çadırlarda vətənə qayıdacağı günü gözləyir.
DiasporPress.az