Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
İyunun 29-da, saat 18:30 radələrində 1990-cı il təvəllüdlü Orxan Cəlilov rayonun İlqar İsmayılov küçəsində yerləşən 12№-li evində ölü vəziyyətdə tapılıb. O, özünü çilçıraqdan asıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi (ölüm həddinə çatdırma) ilə cinayət işi başlanıb.
İntiharın səbəbi aydınlaşdırılır.
DiasporPress.az