backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DiasporPress.az xəbər verir ki, Milli Məclisin deputatı Ramil Həsən Parlamentin iclasında “Hücum diplomatiyası”ndan danışıb: “Bu gün Milli Məclisin növbədənkənar plenar sessiyasında çıxış edərək, Dağlıq Qarabağ İcmasının fəaliyyətinə dəstək istiqamətli fikirlərimi ifadə etdim. Ölkərəhbəri cənab İlham Əliyevində bildirdiyi kimi xarici siyasətimizdə “Hücum diplomatiyası”-nın vacib olduğunu və Azərbaycan Parlamenti də buna istinad edərək hər zaman Ermənistanın işğalçı siyasətini dünya miqyasında aktiv şəkildə tənqid etdiyini qeyd etdim. Hazır ki, dövrdə konkret faktlar, bariz nümunələrlə düşmən dövləti diplomatiya siyasətində məğlub etmək üçün parlamentdəki dostluq qruplarının birlikdə və bərabər fəaliyyətinin vacibliyini, bu istiqamətdə xüsusi addımların atılmasının önəmliliyini vurğuladım.”

DiasporPress.az