Ölkə

190 manatlıq yardımın ikinci ay ödəmələrinə başlanılır – RƏSMİ

190 manatlıq yardımın ikinci ay ödəmələrinə başlanılır – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mayın 12-dən xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş aztəminatlı vətəndaşlara birdəfəlik ödəmənin (190 manat) ikinci ay üçün ödənişləri verilməyə başlanacaq”.

Bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O qeyd edib ki, hazırda 190 manat alan şəxslərə bank kartların verilməsi prosesi gedir:

“Sabahdan aprel ayının 9, 10, 11 və 12-si 190 manatlıq birdəfəlik ödəniş alan şəxslərə bu ayın ödənişi kartlara köçürüləcək”.

Şöbə müdiri qeyd edib ki, mayın sonuna qədər ödənişlərin verilməsi başa çatacaq.

 

DiasporPress.az