190 manat iyun və iyul ayları üçün də verilsin – TƏKLİF

190 manat iyun və iyul ayları üçün də verilsin – TƏKLİFbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin iclasında deputat Əli Məsimli koronavirus pandemiyası ilə əlaqədar işsizlər üçün verilən 190 manatlıq birdəfəlik ödənişin iyun və iyul ayında da ödənilməsini təklif edib.

DiasporPress.az-ın xəbərinə görə, Ə.Məsimli bildirib ki, aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan kəsildi:

“Səbəb isə karantin rejiminin formasının dəyişməsi ilə bağlı idi. Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik. Buna görə də, pandemiyadan əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.

 

DiasporPress.az