Fransalı 16 yaşlı alpinist Lyuse Doudi Alp dağlarında həlak olub.
“The Guardian” xəbər verir ki, qayaya dırmanma üzrə dünya çempionu 150 metrlik hündürlükdən yıxılaraq ölüb.
Fransa Alpinizm Federasiyasının yaydığı bəyanatda qeyd olunur ki, “böyük ümidlər vəd edən idmançı”nın ölümü dərin təəssüf doğurur.
Qeyd olunur ki, yeniyetmə idmançı Tokioda keçiriləcək Olimpiya Oyunlarına hazırlıq məqsədilə Alp dağlarında məşq edib.