Ölkə

140 min işsiz şəxs üçün birdəfəlik vəsait köçürülüb

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesi gündəlik davam edir.

140 min işsiz şəxs üçün birdəfəlik vəsait köçürülübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesi gündəlik davam edir. Ödəniş edilərkən işsiz şəxslərin telefon nömrələrinə bu barədə SMS göndərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda belə deyilir.

Mesajda “Azərpoçt” MMC qeyd edildikdə şəxs istənilən poçt şöbəsinə, bank göstərildikdə isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edir.

Xatırladaq ki, aprelin 9-dan işsizlər də birdəfəlik ödənişin edilməsinə başlanıb və artıq 140 min işsiz şəxs üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb.

 

DiasporPress.az