Polisə müraciət edən Ağsu sakinləri onlara məxsus ümumilikdə 12 baş iribuynuzlu mal-qaranın müxtəlif vaxtlarda naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.
DİN-in Mətbuat Xidmətindən DiasporPress.az-a verilən məlumata görə, daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Məmmədov saxlanılıb.
O, törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı heyvanlardan 10 başı götürülərək sahiblərinə qaytarılıb. Rayonda qəssablıq fəaliyyəti ilə məşğul olan F.Məmmədov 2 inəyi kəsərək satdığını bildirib.
Faktla bağlı araşdırma aparılır.