“Taksilərin fəaliyyətinə icazə verilib”.
DiasporPress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, taksilərin fəaliyyəti zamanı mütləq riayət edilməli normalar var:
“Avtomobildə şəffaf arakəsmələr olmalıdır. Sərnişinlərin sayı iki nəfərdən artıq ola bilməz. Eləcə də, sərnişinlər və sürücülər tibbi maskadan mütləq istifadə etməlidirlər”.
DiasporPress.az