Dünya

Təcrid qaydalarını pozan pasiyent onlarla adamı koronavirusa yoluxdurdu

Rusiyanın Abakan şəhər xəstəxanasında təcrid qaydalarını pozan pasiyentə görə, travmatologiya şöbəsində koronavirus yayılıb.

Təcrid qaydalarını pozan pasiyent onlarla adamı koronavirusa yoluxdurdubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Abakan şəhər xəstəxanasında təcrid qaydalarını pozan pasiyentə görə, travmatologiya şöbəsində koronavirus yayılıb.

Bu barədə “İnterfaks” xəbər yayıb.

Moskvadan Abakana gedən şəxs qaydalara əsasən, özünütəcrid rejimində qalmalı və 14 gün evdən çıxmamalı idi. Lakin qadağan günlərinin bitməsinə az qalmış kişi zədə alıb. Xəstəxanaya aparılarkən o, özünütəcrid rejimində olduğu barədə xəbərdarlıq etməyib.

Xəstəliyin simptomlarını daşımadığı üçün həkimlər onu adi xəstələrin olduğu palataya yerləşdiriblər.

Ancaq sonda gəncin koronavirus daşıyıcısı olduğu ortaya çıxıb. Xəstəxanada 34 yoluxma halı baş verib.

Qeyd edək ki, Rusiyada 68 622 yoluxma hadisəsi qeydə alınıb. Bu günə qədər koronavirus xəstələrindən 615 nəfəri ölüb, 5 568 nəfəri isə sağalıb.

 

DiasporPress.az