Rusiyanın Leninqrad vilayətində fərdi yaşayış evində baş vermiş yanğın altısı uşaq olmaqla səkkiz can alıb.
“İnterfaks” xəbər verir ki, 1940-cı ildə tikilmiş evdə vəfat edən uşaqlar bir-səkkiz yaş arasında olublar.
Taxta evin təhlükəsizlik qaydalarına riayət edilməməsinə görə yanması təxmin edilir.
Yanğın söndürülüb. Hadisənin təfərrüatı araşdırılır.
DiasporPress.az