Ölkə

Rusiyada azərbaycanlı şoumen koronavirusa yoluxdu

Rusiyada azərbaycanlı şoumen koronavirusa yoluxdubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı şoumen, teleaparıcı Tahir Məmmədov koronavirusa yoluxub.

MK xəbər verir ki, artist analizlərinin cavabını sosial şəbəkədə paylaşaraq, bu barədə özü məlumat verib:

“Xəstələnmək heç də xoş deyil! Özünüzü qoruyun!”

T.Məmmədov onda koronavirusun hər hansı simptomunun olub-olmadığını qeyd etməyib.

İzləyiciləri ulduza tezliklə sağalmağı arzulayıblar və onun immunitetini gücləndirərək, xəstəliyə qalib gəlməsini diləyiblər.

Qeyd edək ki, Tahir Namiq oğlu Məmmədov 1981-ci ildə Bakıda anadan olub. O, kino və televiziya aktyoru, kinorejissor, ssenarist, prodüser, teleaparıcı, şoumen və yumor ustasıdır. N.Məmmədov “Comedy Club”un keçmiş prezidentidir.

 

DiasporPress.az