Ölkə

Quba-Xınalıq yolunda uçqun baş verib

Quba-Xınalıq yolunda uçqun baş veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün axşam saatlarında Quba-Xınalıq yolunda uçqun baş verib.

APA-nın məlumatına görə, hadisə yolun 52-ci km-də qeydə alınıb.

Dağdan qopan qaya parçaları yola düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb. Ərazidə qalan vətəndaşlar qayaların bir hissəsini kənarlaşdıraraq, yollarına davam ediblər.

Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin sahə rəisi Bilal Sultanovun bildirdiyinə görə, əraziyə cəlb olunan texnikanın köməyilə yol qaya parçalarından tamamilə təmizlənib.

İlkin ehtimala görə, uçquna səbəb son günlər bu əraziyə yağan yağış olub.

DiasporPress.az