Ölkə

Qanunsuz işləyən balıq istehsalı sexi bağlandı – FOTO

Qanunsuz işləyən balıq istehsalı sexi bağlandı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Gəncə şəhəri, Zeynal Xəlil küçəsində yerləşən, Salmanov Fuad Cəmil oğluna məxsus qanunsuz fəaliyyət göstərən hisə verilmiş balıq istehsalı müəssisəsində reyd keçirilib.

Agentlikdən verilən xəbərə görə, reyd zamanı sexin sanitar-gigiyenik norma və qaydaların tələblərinə cavab vermədiyi, xammalın yuyulmasında istifadə olunan vannaların mütəmadi təmizlənmədiyi, balıqların çirkli və yararsız qablarda duzlanaraq saxlanıldığı məlum olub.

Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Baxış zamanı aşkarlanan 145 kq duzlanıb dincə qoyulmuş, 100 kq istehsala hazır vəziyyətdə saxlanılan və 55 kq istifadəyə yararsız olan balıq məhsulları məhv edilib.