Dünya

Norveçli milyonçu arvadının qətlində şübhəli bilinərək həbs olunub

Norveç polisi ölkənin ən zəngin insanlarından biri olan Tom Hageni həyat yoldaşının itməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində saxlayıb.

Norveçli milyonçu arvadının qətlində şübhəli bilinərək həbs olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç polisi ölkənin ən zəngin insanlarından biri olan Tom Hageni həyat yoldaşının itməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində saxlayıb.

Bu barədə “İnterfaks” xəbər yayıb.

Hüquq mühafizəçilərinin sözlərinə görə, Hagen xanımı Anna Elizabetin qətlində və ya qətlində iştirakda şübhəli bilinib.

70 yaşlı milyonçu Tom Hagenin xanımı 2018-ci ilin oktyabrında itkin düşüb. Bir müddət sonra qadın üçün 10,3 milyon dollar girovun tələb olunduğu barədə məlumatlar yayılıb. Hageninin evində tapılan məktubda polislə əlaqə saxlayacağı təqdirdə arvadının öldürüləcəyi ilə bağlı məktub tapılıb.

2019-cü ilin yayında isə polis qətli gizlətmək üçün saxta insan oğurluğu məsələsinin ortaya atıla biləcəyini istisna etməyib.

Qeyd edək ki, Tom Hagen Norveçin ən zəngin insanları siyahısında 164-cü yerdədir. 2019-cu ildə onun şəxsi varidatı 183 milyon dollar qiymətləndirilib.

 

DiasporPress.az