“AmrahBank” və “Atabank”da yaranan problem bu günün məsələsi deyil”.
DiasporPress.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, hər iki bankda aparılan qiymətləndirmələr onu göstərdi ki, “AmrahBank” və “AtaBank”da ciddi kapital itkisinə yol verilib:
“Maliyyə çatışmazlığı var. Bu situasiyanı nəzərə alaraq, hər iki bank sahibləri ilə görüşlərimiz oldu. Onlara xilas tədbirləri barədə məlumat verdik. Bankın əlavə kapitalının artırılması imkanları olarsa, biz bankların bağlanmasının tərəfdarı deyilik. Onların belə imkanı olmadığı üçün kapitaldan imtina olundu”.
“Belə olanda bankların bağlanması yekdilliklə tövsiyə olundu. Bu qərar uzunmüddətli qiymətləndirmə əsasında verilib”, – deyə E.Rüstəmov qeyde dib.
DiasporPress.az