Belarus Prezidenti Aleksandr Lukaşenko 2020-ci ilin dörd ayı ərzində koronavirus pandemiyası şəraitində dünyanın tanınmaz şəkildə dəyişdiyini bildirib.
Bu barədə “BelTA” məlumat yayıb.
A.Lukaşenko onilliklər ərzində dövlətlə yaxın münasibətlər quran və sərhədləri açan müttəfiqlərin indi həmin münasibətləri məhv etməsindən şikayətlənib.
“Bu sərhədləri bir gündə bərpa etdilər və münasibətləri məhv etdilər”, – A.Lukaşenko qeyd edib.
DiasporPress.az