Qazax rayonunda kafedə ölüm faktı qeydə alınıb.
Report-un məlumatına görə, rayon ərazisində yerləşən kafelərin birində 1994-cü il təvəllüdlü Abbas Adil oğlu Abbasov qəflətən ölüb.
Meyit tibbi ekspertizaya aparılıb.
Onun ölüm səbəbi araşdırılır.
Qeyd edək ki, A.Abbasov Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı olub.
DiasporPress.az