Ölkə

Buraxılış imtahanında 20 minə yaxın məzun iştirak edəcək

Buraxılış imtahanında 20 minə yaxın məzun iştirak edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi 24 və 25 iyun tarixlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirəcək.

Mərkəzdən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanlar 24 və 25 iyun tarixlərində respublikanın 19 şəhər və rayonunda keçiriləcək.

İyunun 24-də keçiriləcək imtahanlarda 8 712, iyunun 25-də keçiriləcək imtahanlarda isə 10 519 nəfər olmaqla, ümumilikdə 19 231 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.

Bir daha xatırladırıq ki, Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu üçün həmin şəhər və rayonlarda 24 və 25 iyun tarixlərində imtahanlar keçirilməyəcək.

Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.

DiasporPress.az