Moskvanın “Spartak” futbol klubu “Otkrıtiye Arena”nı koronavirusla mübarizə üçün həkimlərin ixtiyarına verə bilər.
Bu barədə TASS-a klubun baş direktoru Tomas Çorn danışıb.
Baş direktor bildirib ki, stadionun yerləşdiyi məkanın və ətraf ərazilərin imkanları nəzərə alındıqda “qırmızı-ağlar”ın ev oyunlarını keçirdiyi stadion müxtəlif istiqamətlərdə həkimlərə kömək üçün istifadə oluna bilər.
Qeyd edək ki, Rusiyada yoluxma hallarının sayına görə liderlik paytaxt Moskvadadır. Burada 32 000-dən artıq insan COVID-19-a yoluxub.
DiasporPress.az