Dünya

BMT Həftərin mövqeyi ilə bağlı münasibət bildirdi

Liviya Siyasi Anlaşması və onun nəzərdə tutduğu institutlar ölkədə yeganə beynəlxalq müstəvidə tanınan qurumlardır.

BMT Həftərin mövqeyi ilə bağlı münasibət bildirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liviya Siyasi Anlaşması və onun nəzərdə tutduğu institutlar ölkədə yeganə beynəlxalq müstəvidə tanınan qurumlardır.

“Gazeta.ru” xəbər verir ki, bu haqda BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik marşal Xəlifə Həftərin son bəyanatını şərh edərkən bildirib.

Xatırladaq ki, dünən X.Həftər Shirata siyası anlaşmasından çıxdığını elan etmişdi. O, Liviyada hökümətin ordunun əlinə keçdiyini bildirmişdi.

“Bizim mövqeyimiz aydındır. Biz Liviyada yalnız Shirata anlaşmasının nəzərdə tutduğu qurumları tanıyırıq. Və bu BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur”, – deyə Düjarrik vurğulayıb.

 

DiasporPress.az