Ölkə

Balakəndə ağır avtomobil qəzası – ölənlər və yaralananlar var

Balakəndə ağır avtomobil qəzası – ölənlər və yaralananlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə axşam saatlarında Balakən-Kortala avtomobil yolunda qeydə alınıb.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki Balakən sakini hadisə yerində vəfat edib, daha iki nəfər – Balakən sakinləri, 1993-cü il təvəllüdlü Vaqif Əjdər oğlu Musayev və 1996-cı il təvəllüdlü Elmar Eldar oğlu Şahverdiyev aldıqları müxtəlif xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Hazırda ölən şəxslərin şəxsiyyətləri dəqiqləşdirilir. Fakt Balakən RPŞ tərəfindən araşdırılır.

 

DiasporPress.az