Ölkə

Bakıda maşın dirəyə çırpıldı: Ölən var – FOTO

Bakıda maşın dirəyə çırpıldı: Ölən var – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 17-də, saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində İsmayıllı rayon sakini E.Mirzəyev idarə etdiyi “Tofaş” markalı avtomobili yolun kənarındakı beton dirəyə vurub.

Nəticədə avtomobildəki sərnişinlərdən Bakı şəhər sakin Natiq Kazımov hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən faktla bağlı araşdırma aparılır.