Dünən Bakının Nəsimi rayonunda narkotik istifadəsindən ölüm hadisəsi qeydə alınıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
İyunun 12-si, saat 08:00 radələrində 1989-cu il təvəllüdlü Ş.Əliyevin cəsədi 1987-ci il təvəllüdlü dostu İ.Hacıdadaşovun evində aşkarlanıb. İlkin araşdırma zamanı məlum olub ki, kişi ev sahibinin mənzildə olmadığı vaxt narkotik vasitə inyeksiyası nəticəsində ölüb.
Nəsimi rayon 21-ci Polis Bölməsinin əməkdaşları faktla bağlı araşdırma aparır.
DiasporPress.az