Ölkə

Azərbaycanın keçmiş müdafiə nazirini kürəkəni döyüb – RƏSMİ

Azərbaycanın keçmiş müdafiə nazirini kürəkəni döyüb – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş müdafiə naziri Rəhim Qazıyevin kim tərəfindən döyüldüyü məlum olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, R.Qazıyevin xəsarət alması ilə bağlı başlanan cinayət işi üzrə keçmiş kürəkəni tərəfindən törədilməsi faktı ilə bağlı istintaq araşdırmaları başlanılıb.

Bu barədə Bakı şəhər BPİ bildirib ki, keçmiş kürəkəni tərəfindən R.Qazıyevə əvvəllər də analoji qaydada xəsarət yetirməsi ilə bağlı hazırda məhkəmə prosesi aparılır.

 

DiasporPress.az