Ölkə

Azərbaycanda döyülərək qarət olunan şəxsi iki saat sonra maşın vuraraq öldürüb – TƏFƏRRÜAT

Azərbaycanda döyülərək qarət olunan şəxsi iki saat sonra maşın vuraraq öldürüb – TƏFƏRRÜATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabul polisi beş ay əvvəl törədilmiş cinayətin üstünü açıb.

APA-nın məlumatına görə, 28 yanvar 2020-ci il tarixində gecə saat 1:00 radələrində Bakı-Qazax yolunun Qarasu kəndindən keçən hissəsində Ağdam rayon sakini, 1982-ci il təvəllüdlü Kərimov Adil Şəmil oğlu ayaqyolunda döyülərək, üzərində olan 10 min ABŞ dolları götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, A.Kərimov Bakı istiqamətində hərəkətdə olan taksidən düşərək ayaqyoluna gedib. Bu zaman taksidə A.Kərimovla birgə Bakıya gedən digər sərnişin onun ardınca ayaqyoluna gedib. Həmin sərnişin A.Kərimovu vurub və üzərində olan 10 min ABŞ dollarını götürərək taksiyə qayıdıb. Daha sonra taksi Bakı istiqamətində hərəkətinə davam edib.

Hadisədən iki saat sonra Hacıqabul rayonunun Muğan kəndi ərazisində A.Kərimovu Qaradağ sakini, 1987-ci il təvəllüdlü Güləliyev Orxan Vəzir oğlunun idarə etdiyi yük avtomobili vuraraq öldürüb. Mərhum A.Kərimovun qardaşı polisə onun üzərində olan pulun oğurlanması barədə şikayət edib.

Bir müddət əvvəl Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs – əvvəllər məhkum olunmuş, Göygöl rayonunda məskunlaşan Kəlbəcər sakini, 1993-cü il təvəllüdlü Yusibov Elməddin Abariz oğlu saxlanılıb.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

DiasporPress.az