Ölkə

Azərbaycanda daha bir həkim koronavirusdan öldü

Azərbaycanda daha bir həkim koronavirusdan öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.

BakuPost-un məlumatına görə, N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının pediatrı Sədaqət Həsənova vəfat edib.

Məlumata görə, həkim Ramazan bayramından sonra işə gəlməyib. O, 1 Saylı Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi.

Həmkarlarının bütün müdaxilələrinə baxmayaraq, bir gün süni nəfəs aparatında qalan 65 yaşlı tibb işçisinin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, o, virusun qurbanı olan ilk tibb işçisi deyil. Ancaq ötən gün travmatoloq Mehman Hüseynov da adıçəkilən xəstəlikdən vəfat edib.

 

DiasporPress.az