ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı artıb.
DiasporPress.az-ın onlayn statistikasına görə, son sutkada ölkədə yoluxanların sayı 22 min 894 nəfər olub.
Bununla da ümumilikdə aşkarlanmış yoluxma sayı 983 min 545 nəfərə çatıb.
Son sutkada virusdan ölən 1085 nəfərlə birlikdə ümumi ölüm sayı isə 55 min 341 nəfər olub.
Qeyd edək ki, ABŞ hər iki göstərici üzrə digər ölkələri keçib və dünya üzrə ümumi yoluxma sayının (2,987,098 nəfər) təqribən 1/3-i bu ölkədə qeydə alınıb.
DiasporPress.az