Ölkə

120 manata 10 həb: Bakıda keçmiş müəllim psixotrop dərman satışı ilə məşğul olurmuş

120 manata 10 həb: Bakıda keçmiş müəllim psixotrop dərman satışı ilə məşğul olurmuşbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Metropolitenində polis tərəfindən həbs olunan 1963-cü il təvəllüdlü Mirvari Hüseynova əvvəllər paytaxtın Yasamal rayonundakı Faiq Rzayev adına 150 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi işləyib.

Bu barədə hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Xatırladaq ki, qadın iyunun 10-da Bakı metrosunda əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, psixotrop dərmanlar satmaqda şübhəli bilinib.

Əməliyyatçıların şübhələri axtarış zamanı onun çantasında 900 ədəd psixotrop “Tramadol” həbi və 56 ədəd “Paden-300” kapsulu tapıldıqdan sonra təsdiqlənib.

Eyni zamanda, M.Hüseynovanın təkbaşına fəaliyyət göstərmədiyi müəyyən olunub. Metroda çox şübhəli davranan 22-25 yaşlı gənclər əməliyyatçıların diqqətini çəkib. Onlardan biri sonradan tutulub. Məlum olub ki, M.Hüseynova saxlanılan şəxsdən kuryer kimi istifadə edib. O, M.Hüseynovanın adından malı alıcıya çatdırıb və pulu götürüb. “Tramadol”un 10 həbi 120 manata satılıb.

Qadının danışmağa getdiyi “Molekul” apteklər zəncirindəki ticarət obyektinin məsul işçisi də tutulub. M.Hüseynovanın əlbir olduğu şəxslərin adları hələlik açıqlanmayıb. Hazırda istintaq psixotrop dərmanların satılması ilə əlaqəli olan şəxslərin kimliyini müəyyənləşdirir.

Diasporpress.az