İsveçli hücumçu Zlatan İbrahimoviç futbolçu karyerasını İtaliyanın “Milan” klubunda davam etdirəcək.
“The Telegraph” yazır ki, 38 yaşlı hücumçu müqavilənin şərtlərini “rassionerlərlə” razılaşdırıb.
Daha öncə İtaliya KİV-ləri məlumat vermişdi ki, “Milan” rəhbərliyi İbrahimoviçin transfer xəbərini 15 dekabr – klubun 120 illik yubileyində elan etmək qərarı verib.
2010-2012-ci il mövsümünü “Milan” klubunda keçirən Z.İbrahimoviç, meydana çıxdığı 85 oyunda 36 qol vurub.
OnlıinePress.az