Diaspor

  Zərifə Qasımzadə : Xaricdə yaşayan azərbaycanlılar olaraq üzərimizə daha böyük məsuliyyət düşür

Zərifə Qasımzadə : Xaricdə yaşayan azərbaycanlılar olaraq üzərimizə daha böyük məsuliyyət düşürbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın xarici ölkələrdəki diaspor nümayəndələrinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında ikinci səfəri gerçəkləşib.

 

İtaliyada magistr təhsili alan, hazırda orada çalışan Qarabağdan xoş təəssüratlarla qayıdan azərbaycanlı fəal ZərifəQasımzadə təsuratlarını Diasporpress.az-la bölüşüb.

“Şuşaya getmək çox təsirli səfər oldu. Atalarımızın, qardaşlarımızın qanı bahasına alınmış torpaqlarda olmaq qürurverici və kədər dolu anlardan ibarətdir. Uşaqlıqdan “Qarabağı alacağıq” ifadəsi ilə böyüdük, nəhayət, Qarabağı düşməndən aldıq. Şuşanın elə gözəlliyi var ki, o torpaqları düşmənə buraxmaq olmazdı. Mənə maraqlı idi ki, ermənilərin talan etdiyi mədəniyyət mərkəzimiz necə abadlaşdırılır. Şuşaya getdim və təmir işlərinin necə sürətlə aparıldığını öz gözlərimlə gördüm. Xüsusilə də Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürümü bildirirəm ki, bizim üçün bu şəraiti yaratdı. Xaricdə yaşayan azərbaycanlılar olaraq üzərimizə daha böyük məsuliyyət düşür, çünki biz erməni terrorunu, onların barbar əməllərini dünyaya çatdırmalıyıq, dünya ictimaiyyətinə eşitdirməliyik. Mən İtaliya jurnallarında çalışmışam, dəfələrlə düşmənin mənfurluğundan, işğalçı siyasətindən yazmışam. Dostlarımla müxtəlif şəhərlərdə mitinqlər, nümayişlər keçirmişik.

Onu da qeyd edim ki, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə bibimoğlu Qurbanov İmran şəhid olub. Allah bütün şəhidlərə rəhmət eləsin, ruhları şad olsun”, – deyən azərbaycanlı gənc vurğulayıb ki, diaspor nümayəndələrinin Qarabağa səfərinə qısqanclıqla yanaşan qüvvələr heç vaxt mənfur niyyətlərinə nail ola bilməyəcəklər, çünki onların qarşısında “Dəmir yumruq” ətrafında birləşmiş Azərbaycan xalqı və haqq səsimizi dünyaya çatdıran vətənpərvər soydaşlarımız dayanır. “