İngiltərə sakininin arıqlamaq üçün zərərli yeməklərdən imtina etməsi xərçəng xəstəliyinə tutulması ilə nəticələnib.
Bu barədə “The Sun” xəbər verir.
2017-ci ildə 44 yaşlı həyat yoldaşı Anjelaya ikinci tip şəkərli diabet diaqnozu qoyulandan sonra 42 yaşlı Rob Allen sağlam həyat tərzi sürməyə qərar verib. Cütlük eyni pəhrizə riayət ediblər. Bir il ərzində 108 kiloqram olan kişi 25 kiloqram, yoldaşı isə cəmi altı kiloqram arııqlamağa müvəffəq olub.
Allen yoldaşının nəticəsindən çox təsirləndiyini, lakin səbəbi anlamadığını deyib.
İyun ayında kişi qarnındakı ağrıdan şikayət edərək xəstəxanaya gedib. Analizlər onun bağırsaq xərçənginin üçüncü mərhələsində olduğunu göstərib. Xəstə təcili olaraq Çesterdəki daha böyük xəstəxanaya köçürülüb. Cərrahlar onun bağırsağındakı şişi və bağırsağının bir hissəsini çıxarıblar. Həkimlərin dediyinə görə, kişi xərçəng xəstəliyinə iki il əvvəl tutulub.
Allen son zamanlar tez-tez yorulduğunu və bağırsağında dəyişikliklər hiss etdiyini təsdiqləyib. Ancaq o, buna əhəmiyyət vermədiyini deyib. Britaniyalı kimyaterapeyanın iki kursunu müvəffəqiyyətlə bitirərək sağalıb:
“Xəstəliyin təkrarlanması ehtimalına qarşı müalicə aldım. Demək olar ki, ölümdən döndüm. Bədənimdəki xərçəngi yayılmamışdan əvvəl müəyyən edə biliblər”.
DiasporPress.az