Türkiyənin Fövqəladə Hallar üzrə Dövlət Komitəsi (AFAD) Elazığda baş verən zəlzələ nəticəsində ölən və yaralananların sayının artdığını açıqlayıb.
Məlumata görə, 6.8 bal gücündəki zəlzələ nəticəsində 20 nəfər həlak olub, yaralıların sayı isə 1015-ə yüksəlib.
Rəsmi mənbələr, həmçinin, 30 nəfərin dağıntılar altında qaldığını qeyd edir.
DiasporPress.az