23 dekabr 2021-ci il Gəncliyə Yardım Fondunda Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən “Zəfərə Doğru addımla” layihəsinin bağlanış mərasimi keçirilib.
Nəzərinizə çatdırırıq ki, həmçinin layihənin tərəfdaşları Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan-Türkiyə Qida Təhükəsizliyi İctimai Birliyi, Sosial Tədqiqatlar Mərkəzi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qardabani Gənclər Mərkəzi idi.
Tədbiri layihə rəhbəri, “Gənclərin Töhfəsi” İctimai birliyinin icraçı direktoru Məhsəti Hüseynova şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutdan sonra açıq elan edərək layihə haqqında geniş məlumat verdi. Daha sonra birliyin sədri Asim Vəliyev layihə çərçivəsində dəstək olan təşkilat və qurumlara minnətdarlığını bildirərək, təşəkkür etdi.
Tədbirdə iştirak edən, layihənin həyata keçirilməsində tərəfdaş olan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayilov çıxış edərək bu cür tədbirlərin həyata keçirilməsinin gənclərin formalaşmasına müsbət təsirindən, mənəvi dəyərlərimizdən, Qarabağ Zəfərini önəmindən bəhs etdi. Daha sonra layihənin həyata keçirilməsində digər tərəfdaş qurum olan Sosial Tədqiqatlar Mərkəzinin departament direktoru Ayşəm Balayeva çıxış edərək bu kimi tədbirlərin həyata keçirilməsinin istedadlı gənclərin aşkarlanmasında böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Layihə çərçivəsində esse və jurnalistlər arasında yazı müsabiqələrinin münsiflər heyətinin üzvü, jurnalist, “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud çıxış edərək gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində bu kimi tədbirlərin əhəmiyyətini bildirdi. Milli qəhrəman Ədhəm Məmmədov çıxış edərək hər zaman Ali Baş Komandanın əmrinə hazır müsəlləh əsgər olaraq döyüşə hazır olduğunu vurğuladı. Layihə çərçivəsində Türkiyədə keçirilən tədbirlərin tərəfdaşlarından olan Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın çıxış edərək “Qarabağ Zəfəri”nin Azərbaycanda olduğu kimi qardaş ölkə Türkiyədə də coşqu ilə keçirildiyini bildirdi. Tədbirdə çıxış edən diasporpres.az saytının rəhbəri Toğrul Allahverdiyev layihənin Azərbaycanla yanaşı Türkiyə və Gürcüstan gəncləri arasında da keçirilməsinin Azərbaycan həqiqətlərinin təbliği baxımından önəmini bildirdi. Daha sonra Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Asif Əsgərli çıxış edərək tədbirin işinə uğurlar arzuladı.
Tədbirdə həmçinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Şirzad Hacıyev, Dünya Alpaqut Federasiyasının vitse-prezidenti Emil Rəhimov, “Azad Həmfikirlər” İctimai Birliyinin sədri Samirə Mustafayev, “Addım” Gənclərin İnkişaf Mərkəzinin sədri Kamil Həmidov, Azərbaycan Tələbə Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Gülnarə Əsgərli, “Green Start Academy” təhsil departamentinin rəhbəri Aysel Rəsulzadə, “Gənclərin Töhfəsi” İctimai Birliyinin idarə heyətinin üzvü Rəşad Nəbiyev, baş katibi Taleh Mansurov, könüllülərlə iş departamentinin direktoru Şahin Əliyev, beynəlxalq əlaqələr departamentinin direktoru Mirməhəmməd Hüseynov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının TGT sədri Murad Həsənxanlı, könüllülər Ağalar Salmanov, Amaliya Quliyeva, bir çox gənclər və müsabiqə qalibləri iştirak edirdi. Videoçarx və flaşmob ssnerasi üzrə münsiflər heyətinin üzvü Məzahir Həşimov idi.
Sonda tədbirdə 5 nominasiya üzrə – esse, jurnalistlər arasında yazı, rəsm, videoçarx və flaşmob ssenarisi üzrə qaliblər mükafatlandırıldı.
Rəsm müsabiqəsi üzrə I yer qalibi Abbasova Gülçöhrə, II yer qalibi Şirinova Fatimə, III yer qalibləri Qulamzadə Teli, Həsənli Məhluqə, flaşmob ssenarisi üzrə Sabunçu r-nu esse üzrə 72 saylı məktəb-liseyi I yer, 170 nömrəli məktəb II yer, 81 nömrəli məktəb III yer, videoçarx ssenarisi üzrə 213 saylı orta məktəb 1-ci yer, Teyyub Rəsulov II yer, Bədirxanlı Çilənay III yer, esse üzrə Anar Yaşaroğlu I yer, Emin Əsgərli II yer, Nigar Rüstəmzadə III yer, gənc jurnalistlər arasında yazı üzrə Elxan Əliyev I yer, Rəşad Bayramov II yer, Gülsüm Qasımova III yer üzrə qalib oldu. I yer qaliblərinə planşet, II yer qaliblərin mobil telefon, III yer qaliblərinə pover bank və diplom təqdim olundu.
Nəzərinizə çatdıraq ki, layihə çərçivəsində Gürcüstanın Qardabani bölgəsində, Türkiyənin Konya, Eskişehir, İstanbul, Bursa, Sakarya, Karasu və Karabük bölgələrində də müsabiqə qalibləri mükafatlandırılıb.