Türkiyədə gənc oğlan dostunun sevgilisini zarafat edərkən öldürüb.
Sondakika.com-un xəbərinə görə, Balıkəsirdə dekabrın 29-u gecə saatlarında üç dost evdə spirtli içki qəbul edərək əyləniblər.
Sonra ev sahibi A.B. öz silahını çıxararaq güllələrini boşaldıb və silahı dostu S.D-nin sevgilisi Selin K-nın başına söykəyərək zarafatla tətiyi çəkib.
Silah tam boşalmadığından açılan atəş nəticəsində qız ölüb.
Hər iki kişi saxlanılıb və araşdırma davam etdirilir.