İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviya Respublikasının NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Raymonds Berqmanis ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Müdafiə naziri Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif proqramları çərçivəsində, həm də ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib.
Öz növbəsində R.Berqmanis ölkələrimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını qeyd edərək Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.