Koronavirus epidemiyasının kəskin yayıldığı ölkələrdən biri olan İtaliyada “Yuventus” – “İnter” oyunu da daxil olmaqla beş qarşılaşma təxirə salınıb.
Bu barədə “Hürriyet” məlumat yayıb.
İtaliya Futbol Federasiyasının açıqlamasında koronavirus epidemiyası səbəbilə “Yuventus” – “İnter”, “Udineze” – “Fiorentina”, “Milan” – “Cenoa”, “Parma” – SPAL və “Sassuolo” – “Breşia” qarşılaşmalarının təxirə salındığı bildirilib.
Təxirə salınan qarşılaşmaların mayın 13-də keçiriləcəyi qeyd olunub.
DiasporPress.az