Yunanıstanın Fessaliya rayonunda 5.9 bal gücündə zəlzələ baş verib.
Afina Milli Rəsədxanasının Geodinamika İnstitutu bu barədə məlumat yayıb.
Episentri Larisa şəhərindən 29 kilometr məsafədə, Afinadan 250 kilometr şimal-qərbdə, Elassona şəhəri yaxınlığında yerləşən zəlzələ yerli vaxtla 12:16-da baş verib.
Zəlzələnin ocağı yerin iki kilometr dərinliyində olub.
Dağıntı və tələfatlar barədə məlumat yoxdur.
BÜNYAMİN ÇİNGİZOĞLU
Diasporpress.az