Diaspor

“Yunanıstan-Azərbaycan Dostluq gecəsi” adlı mədəniyyət tədbiri keçirilib

“Yunanıstan-Azərbaycan Dostluq gecəsi” adlı mədəniyyət tədbiri keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7 may tarixində “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Keçmiş Sovet İttifaqı Ölkələrindən olan Yunan İcmalarının Ümumyunan Federasiyası Saloniki Abelokipus bələdiyyəsinin Karapantsio Mədəniyyət Mərkəzində “Yunanıstan-Azərbaycan Dostluq gecəsi” adlı mədəniyyət tədbiri təşkil etdilər.

Bu haqda “Diasporpress.az”a“ QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətindən məlumat verilib.

Tədbirin aparıcısı, “QALA” Cəmiyyətinin baş katibi Salatın Məmmədli tədbirdə çıxışçı və ifaçıları qonaqlara təqdim etdi. “QALA” Cəmiyyətinin sədri Rəşid Məmmədov qonaqları salamladı və Yunanıstan-Azərbaycan əlaqələrinin inkişafı barədə məruzə söylədi. Keçmiş Sovet İttifaqı Ölkələrindən olan Yunan İcmalarının Ümumyunan Federasiyasının Baş Katibi xanım İliana Kantaidou, Azərbaycan Respublikasının Yunanıstan və Albaniya Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Anar Hüseynov, Saloniki regional dairə idarəsinin nümayəndəsi Xristos Mattis, “Mitera Tereza” Alban Qaçqınları Təşkilatının sədri Arjan Cara, “Silloğos Katikon Neas Politias” rəqs qrupunun Sədri Papanikolau Stilianos və xoreoqraf Varvara Panagiotidou çıxış edərək mədəni tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladılar. Tədbirə Yunanıstanın regional dairə və yerli bələdiyyə nümayəndələri, o cümlədən, yerli təşkilat rəhbərləri də qatıldı. Tədbirin qeyri-rəsmi hissəsi müxtəlif xalqların milli rəqs və ifası ilə davam etdi. Musiqiçilər Nina Katiğaridu, Eteri Muratidu, Venera Lavrentidou və Yannis Alexiadıs yunan, ponti və Azərbaycan mahnıları ifa etdilər. “Kallitexniki Steği Pontion Voreiou Ellados” rəqs qrupu yunan ponti rəqsləri, “ZOİ” təşkilatının rəqqasları alban rəqsləri, “Silloğos Katikon Neas Politias” cəmiyyəti yunan rəqsləri, “ARGO” gürcü rəqs qrupu gürcü rəqsləri ilə çıxış etdilər. Qonaqlara Azərbaycan milli şirniyyatları təqdim olundu.

image-fb_img_1652119227327

image-fb_img_1652119223396

image-fb_img_1652119213790

image-fb_img_1652119245469