Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 241 651 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 231 370 nəfər müalicə olunaraq sağalıb, 3 298 nəfər vəfat edib, aktiv xəstə sayı 6983 nəfərdir.
Ölkədə son sutka ərzində 10 453, hazırkı dövrədək isə 2 726 470 test aparılıb.
Qeyd edək ki, dünən 376 nəfər koronavirusa yoluxmuşdu.
Diasporpress.az